“Bitcoin”lə “Tesla” avtomobilləri almaq mümkün olacaq

bitcoinle-tesla-avtomobilleri-almaq-mumkun-olacaq
Oxunma sayı: 1435

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask artıq “Bitcoin”lə “Tesla” avtomobilləri almağın mümkün olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İ.Mask tvitter hesabında məlumat verib.

O, “Tesla” avtomobili almaq üçün “Bitcoin”ləri heç bir pula çevirməyə ehtiyac olmadığını vurğulayıb.

Mask ilin sonundan etibarən ABŞ-dan başqa, digər ölkələrin də belə bir imkana sahib olacağını qeyd edib.