Bitərəflərin MSK-dakı nümayəndələri bəlli oldu

bitereflerin-msk-daki-numayendeleri-belli-oldu
Oxunma sayı: 1647

Bu gün Milli Məclisin bitərəf deputatlarının iclası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, iclasda Mərkəzi Seçki Komissiyasında heç bir siyasi partiyaya mənsub olmayan deputatların namizədləri müəyyənləşdirilib. 

Yeni siyahıda 7 nəfərin adı yer alıb. Bunlar Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Fuad Cavadov Nailə Əsgərova və Aydın Muradovdur.  

Qeyd edək ki, yeni siyahıda hazırda MSK- da bitərəfləri təmsil edən Rövzət Qasımovun adı yer almayıb. Digər 4 namizəd isə hazırda bitərəfləri MSK-da təmsil edir. A. Muradov siyahıda əvəzedici namizəd kimi təqdim edilib. 

Bildirək ki, yeni siyahıda olan Fuad Cavadov hazırda parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndəsidir. 

Günel Türksoy