Bitişik mağazalar yandı

bitisik-magazalar-yandi
Oxunma sayı: 749

Bu gün Xaçmaz şəhərində yerləşən mərkəzi bazarda yanğın baş verib. 

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bazarın qarşısında vətəndaşlara məxsus bir-birinə bitişik tikilmiş ümumi sahəsi 242 m2 olan 4 mağazanın yanar konstruksiyaları 170 m2 sahədə yanıb. Bitişik mağazalar və bazar yanğından mühafizə olunub. Yanğın saat 07:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.