İtkin düşən jurnalistlərdən xəbər var

itkin-dusen-jurnalistlerden-xeber-var
Oxunma sayı: 630

“Qafqaznfo”nun “Milliyet” qəzetinə istinadən xəbərinə görə, “Gerçek hayat” dərgisinin yaxın Şərq təmsilçisi Adem Özköşe və operator Hamit Coşkun Suriya xüsusi xidmət orqanlarına təhvil veriliblər.

Jurnalistlərin hansı istiqamətə aparıldıqları barədə məlumat veilmir. Yerli qəzetlər jurnalistlərə işgəncə verildiyini yazır.

Baş nazirin müavini Bülent Arınc da xəbəri təsdiq edib. Arınc jurnalistlərin Suriyanın hakimiyyət tərəfdarlarının əlində olduqlarını deyib. Dövlət rəsmisi jurnalisləri təhvil verilməsi üçün Xarici İşlər Nazirliyinin əlindən gələni edəcəyini bildirib.