Azərbaycanın 10 000 000-cu vətəndaşının dünyaya gəlməsi münasibətilə Füzuli rayonunda “Biz 10 milyon olduq” adlı bayram tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə RİH əməkdaşları, idarə, müəsissə təşkilat rəhbərləri, ictimayyət nümayəndələri iştirak ediblər. Tədbir başlamazdan öncə rayon məktəblilərinin hazırladığı flashmob nümayiş etdirilib. Tədbirdə çıxış edən RİHB-nin müavini Gülbahar Eyvazova xalqımızı bu əlamətdar gün münasibətilə təbrik edib.
Azərbaycanın 10 milyonluq ölkələr sırasına daxil olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan çıxışçı bu hadisənin eyni zamanda tarixən xalqımıza qarşı soyqırımlar törətməyə çalışan düşmənlərimizə tutarlı bir mesaj olduğunu diqqətə çatdırıb. Daha sonra rayon mədəniyyət şöbəsinin nümayəndələri maraqlı musiqi nömrələri ilə çıxış ediblər.
Füzuli Dram teatırının aktyorlarının ifasında “ Qız atası” adlı qısa yumoristik tamaşa nümayiş etdirilib. Rayon məktəblilərinin söylədikləri şeir və rayon körpələr evi-uşaq bağçalarının təqdim etdikləri rəqs nümunələri böyük maraqla qarşılanıb.
Sonda möhtəşəm atəşfəşanlıq təşkil olunub.
Son xəbərlər
Son Xəbərlər