“Planetin əksəriyyəti üçün bu günlər gözəldir, çünki bahar gəlir. Amma bizim üçün hər şey fərqlidir. Ona görə ki, Ukraynada günlər müharibə ilə hesablanır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan voleybol yığmasının üzvü Polina Rəhimova öz feysbuk hesabında yazıb.
O, Rusiya və Ukrayna arasında gedən müharibənin tezliklə bitəcəyinə ümid etdiyini bildirib: “Vətənimdə baş verənlərin tezliklə bitəcəyinə ümid edirəm. Eşq olsun Ukraynaya, eşq olsun qəhrəmanlara. Dünya bizimlədir. Təşəkkür edirəm və bizə kömək etməyə davam edin. Biz 3-cü dünya müharibəsinin selini dayandıracağıq”.

Son xəbərlər
Son Xəbərlər