“Biz bacarmadıq, inşallah, “Qarabağ” bacarar” - Ramil Şeydayev

biz-bacarmadiq-insallah-qarabag-bacarar
Oxunma sayı: 870

Milli komandamızın və Slovakiyanın "Jilina" klubunun hücumçusu Ramil Şeydayev “Qarabağ” klubu barədə feysbuk səhifəsində paylaşım edib.

“Qafqazinfo”  xəbər verir ki, gənc hücumçu Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq Ağdam klubuna uğurlar arzulayıb.  O, "Biz bacarmadıq, inşallah, "Qarabağ" bacaracaq" - sözlərini yazıb.  

Qeyd edək ki,  “Kopnehage”" II təsnifat mərhələsində "Jilina"nı mübarizədən kənarlaşdırıb.