"Biz bir dəfə də "AGBank"ı xilas etməyə də çalışmışıq. Düzdür, bu barədə mətbuata məlumat verməmişik. Ancaq bundan sonra da bankın maliyyə vəziyyəti düzəlmədi".
"Qafqazinfo" xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, "AGBank" xarici audit də mənfi qiymətləndirmə olmuşdu: "Bir dəfə bu bankın xilas edilməsi həyata keçirildi. Əhalinin 77 milyonunu bu banka əlavə kapital qoyuluşu kimi reallaşdırdıq. Ancaq kapaitallaşmadan da sonra da maliyyə vəziyyəti pisləşdi".
E.Rüstəmov əlavə edib ki, bütövlükdə 4 bankın sektorda payı yüksək deyildi: " Portfelin keyfiyyəti qeyri-qənaətbəxşdir. İpoteka kreditlərini istisna etsək, bu banklarda problemli kreditlərin çəkisi 73 faizə çatırdı. Bu banklarda 690 milyon manat əmanəti var idi. Bağlanan bankların sektorda qalması üçün 677 milyon əlavə kapital tələb olunurdu. Mətbuatda ekspertlər bağlanan banklarla bağlı çıxış edir. Bu yaxşı bank idi və. s demək ən azı professional yanaşma deyil. Ekspertlər əhalini çaşdırmağa çalışmamalıdır".
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər