İngiltərə yığmasının forvardı Harri Keyn Kolumbiya üzərində qələbədən sonra açıqlama verib.
“Qafqazinfo”nun məlumatına görə, hücumçu komada haqqında söylənən fikirlərin yanlış olduğunu bildirib: “Qürur duyuram və əla hisslərim var. Çox yaxşı oynadıq və oyuna nəzarət etdik.
Uduzmaq şansımız yox idi. Bilirdik ki, oyun əlavə vaxta və penaltilərə gedə bilər. Xarakter göstərdik. İngiltərə üçün böyük oyun idi. Bizim təcrübəsiz olduğumuzu söyləyirlər. Amma biz böyümüşük”.
Son xəbərlər
Son Xəbərlər