“Biz bu hakimiyyətə ona görə etiraz edirik ki, onlar sionistlərə tabe olublar”

biz-bu-hakimiyyete-ona-gore-etiraz-edirik-ki-onlar-sionistlere-tabe-olublar
Oxunma sayı: 898


Qeyd edək ki, prosesdə Mövsüm Səmədovun səhhəti pisləşdi və məhkəməyə təcili yardım çağırıdı. Mövsüm Səmədovun səhhəti normallaşdırılandan sonra proses davam etdirildi.
Məhkəmə başlayandan sonra Mövsüm Səmədovu vəkili Anar Qasımov vəsadətlə çıxış etdi. O, vəsadətində bildirdi ki, Mövsüm Səmədov barəsində seçilən ikinci həbs qətiimkan tədbiri avqust ayının 8-də sona çatır. Hazırda onun həbsdə qalması üçün heç bir qanuni əsas yoxdur. Ona görə də o, dərhal azadlığa buraxılmalıdır. Vəkil tərəfindən verilən vəsadət dövlət ittihamçısı tərəfindən etirazla qarşılandı. Məhkəmə Anar Qasımovun vəsadətini təmin etmədi. Bundan sonra təqsirləndirilən digər şəxslərin vəkilləri öz vəsadətlərini gələn məhkəmə prosesində verəcəklərini bildirdilər.
Sonra Mövsüm Səmədov vəsadətlə çıxış etdi. O, vəsatətində bildirdi ki, cinayət işinin materiallarında göstərirlir ki, biz guya silahlı qruplaşma yaradaraq ölkədə olan digər dini təriqətlərə qarşı silahlı basqın təşkil edəcəydik. Mən bilmək istəyirəm ki, digər dini təriqətlər dedikdə kimləri nəzərdə tutursuz?
-Dövlət ittihamçısı: özünüz ali təhsilli adamsız, özünüz bilməlisiz.
-Anar Qasımov: Biz istiyərdik ki, dövlət ittihamçısı aydınlıq gətirsin ki, digər dini təriqətlər dedikdə kimləri nəzərdə tutur. Digər vəkillərdə digər dini təriqətlər məfhumunun böyük olduğunu qeyd edərək, həmkarının fikirini dəstəklədilər və dövlət ittihamçısının məsləyə aydınlıq gətirməsini istədilər.
- Anar Qasımov: Bizə aydınlıq gətirin bu bizə aydın deyil.
- Vaqif Abdullayev: Bu analoqu olmayan bir ittihamdır. Digər dini təriqətlər dedikdə onu içində sünni, şiə, xristian və.s kimi dini təriqətlər ola bilər. Aydınlıq gətirin görək hansı dindən və təriqətdən söhbət gedir.
-Rufulla Axundzadə: Bu ittihamlar hamısı mənasızdır.
- Hakim: Siz dövlət ittihamçısına sual verə bilməzsiz.
Sonra Mövsüm Səmədov ifadə vermək və hakimin suallarını cavablandırmaq üçün ayağa qalxdı: “Mən ilk öncə müqəddəs Ramazan ayı münasibəti ilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bəşəriyyətdə bəzi insanlar vardır ki, onların vəzifəsi cəmiyyəti dağıtmaqdır. Əgər hər bir insan Allahın düz yolunda sabit qədəm olsa, heç kəs ona ziyan yetirə biməz. Dünyada insanlar həmişə öz əqidələrinə görə mübarizə aparıblar. Bu gün Azərbaycanda mənəviyyatsızlığın və zülmün ölkədə kök atmasının ən bariz nümunəsidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra sionist qüvvələr onu təsir altına alıb. Televiziyalara baxanda müsəlmançılıqdan əsər-əlamət yoxdur. Qəzetlərdə Peyğəmbərə karikaturalar çəkilir, məktəblərdə hicaba qadağa qoyulur, məscidlər sökülür. Heç bir müsəlman dövlətində belə hallar yoxdur. Hətta qonşu Rusiyada da hicaba qarşı belə hörmətsizlik edilmir. Artıq 3-ə yaxın məscid sökülüb. Belə bir hal indiyə qədər heç bir müsəlman ölkəsində mövcud olmayıb. Heç bir müsəlman ölkəsində görünməyib ki, Allahın evi məhkəməyə verilsin və ya sökülsün. Hicab problemi süni olaraq yaradılıb. Hətta hazırda postsovet ölkərində belə bir problem mövcud deyil. Əgər Qərbə inteqrasiya etmək istəyiriksə niyə bəs bu qədər ifrata varırıq. Avropa ölkələrində heç belə hallar mövcud deyil. Biz bu hakimiyyətə ona görə etiraz edirik ki, onlar sionistlərə tabe olublar. Onların dedikləri ilə oturub dururlar.
Siz məhkəmə olaraq indiyə qədər adi vəsatətləri belə qəbul etməmisiniz. Bu sizin ədalətsizliyinizdən xəbər verir. AİP-in indiyə qədər etdiyi etirazlarının əsas səbəbi bununla bağlıdır. Yanvar ayının 2-də çıxış etdikdən sonra həbs olunduq və bu günə qədər burdaydıq. Heç yerə qaçmamışdıq. Nə də ki, mənimlə birgə həbs olunan yaxınlarım qaçmamışdı. Əgər biz terrorçu dəstə olsaydıq öz evimizdə olmazdıq. Gedib başqa yerlərdə gizlənərdik. Mən tutulandan sonra o biri həbs elədiyiniz və guya mənimlə əlbir olaraq silahlı qruplaşma yaratmaq istəyən şəxslər niyə qaçıb gizlənmədilər.
Biz müstəntiqlə bu barədə söhbət edəndə o, deyirdi ki, biz çəkicik. Nəyi deyirlər onu eliyirik. Məndə ona dedim ki, Allah səni məgər çəkic yaradıb.? Sən bəyəm cansızsan.? Sonra müstəntiqlər qırmızı-qırmızı üzümə durdular ki, sən çıxışında cihad sözü işlətmisən. Ancaq mən çıxışımda əsla cihad sözü işlətməmişəm. Sonra müstəntiq və Anar müəllimlə biz birlikdə videoya baxanda həqiqətəndə mənim belə bir söz işlətmədiyimin şahidi oldular. Bundan sonra müstəntiq susub qaldı. Mən açıq elan eliyirəm ki, Azərbaycan hakmiyyəti də tarixə qarışacaq. Azərbaycan islam ölkəsidir. Azərbaycan xalqı həm ictimai, həm də siyasi prosesləri çoxdan keçib.
Mən 6 may aksiyasında tutulan məhbuslarla təcridxanada görüşdüm. Onlardan soruşdum ki,siz cavansız 22-23 yaşınız var. Ola bilsin 3-4 il müddətinə azadlıqdan məhrum olumbcavanlığınızı burada keçirdəsiz. Onlar mənim sualımı çox gözəl formada cavablandırararaq, həbslərinin Allah yolunda olduqlarını və buna görə Allah şükr etdikərini bildirdilər”.
bu zaman prokuror Mövsüm Səmədovun ittihamdan kənara çıxdığını irda tutdu, lakin partiya sədri ifadəsini davam etdirdi:: İttihamdan kənara çıxmıram. Sadəcə olaraq bizim dediklərimizin heç biri sizin xoşunuza gəlmir. 1996-cu ildə AİP qərbə baş əynmədiyi üçün vətən xaini oldu. Qərblə bağlanan neft müqaviləsinə öz etirazımızı bildirdik . Dedilər ki, bu Qarabağın xeyri üçündür. Bu sadəcə olaraq hakimiyyətin möhkəmlənəsi üçün idi. Biz Allaha pənah gətirmişik. Bu məhkəminin qərarından heç nə gözləmirik. Əsas odur ki, Allah istəyən olsun.

Biz yanvar ayının 6-da bizi mülki geyimli şəxslər heç bir sənəd təqdim etmədən məhkəməyə apardılar. Həbs olunanlardan birini buraxaraq digərlərini sutkalıq təcridxanaya məni isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orada məndən ancaq çıxışımla bağlı suallar soruşulub. Bizi mütəşəkkil qruplaşma adlandırırlar. Biz həbs olunandan bu günə qədər daima hüquqlarımız tapdalanıb. Bizi həbs edəndə qanunsuz olaraq həbs ediblər. Həbs olunan gün məhkəmədə vəkillərlə təmin olunmağımızı istədik. Biz vəkillərlə təmin olunmadıq. İndidə məhkəmədə barəmizdə qaldırlan qondarma ittihamlar barədə suallar vermək istəyirik deyirsiz ki, sual verə bilməzsiz. Bu ittihamlardan görünür ki, əsl mətləbi gizlədərək lərin buyuruqlarına əməl edirlər.
daha sonra Mövsüm Səmədov dövlət ittihamçısının sullarınını cavablandırdı:
-Sizin probleminiz nədədir?
-Bizim problemimiz məscidləri sökülməsində, hicab problemində, dini təhsil alanların hüquqlarının pozulmasında və ölkədə baş alıb gedən islamafobiya halları iə bağlıdır.
-Nə vaxtdan AİP-in üzvü olmusuz?
-1993-cu ildə partiyanın üzvü olmuşam və 1995-ci ildə AİP-in Quba rayon komitəsinin sədri olmuşam. 2007-ci ildə isə AİP keçirlidiyi qurultayda AİP sədri olmuşam.
Bu vaxt Mövsüm Səmədovun halı pisləşdi. Məhkəmə də fasilə elan olundu.
-1993-cu ildən AİP-in fəaliyyətində nə kimi dəyişiklər əldə olunub.
-Bu müddət ərzində partiyanın fəaliyyətində heç bir qeyri-qanuni hal baş verməyib. Partiya nizamnaməsinə uyğun olaraq fəaliyyətini davam etdirib.
- AİP-in neçə üzvü var?
- Əvvəllər 60-70 min üzvü var idi. Hazırda isə 5 min üzvü var.
-Partiyanın regionlar üzrə neçə komitəsi var?
-Hazırda 5 rayonda komitəsi mövcuddur.
-Partiya iclas və digər tədbirlər necə təşkil olunurdu.?
-Partiyanın nizamnaməsinə uyğun olaraq 2-3 aydan bir partiyanın baş məclisi keçirilirdi.
-Tədbirlərdə və partiyanın baş məclislərində kimlər iştirak edirdi.?
-Əsasən komitə sədrləri, partiyanın fəal üzvləri və mətbuat işçiləri iştirak edirdi.
- Partiyanın maliyyəsini necə əldə edirdiz?
-Hərçəndki bu məsələnin bizim cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Lakin onu deyərdim ki, bizim maliyyə məsələmiz üzvlərimizin və digər xeyirxah insanların yardımı hesabına formalaşıb.
-Həbs olunan şəxslərin sizin fəaliyyətiniaz barədə məlumataları var idi?
-AİP geniş siyasi fəaliyyəti olan bir partiyadır. AİP naməlum bir partiya deyil ki, onun barədə hər hansı bir məlumatın əldə olunmasında çətinlik olsun. Sizin kimi ziyalı şəxsin belə bir sual verməsi qəbul olunmazdır.
-Digər həbs olunan şəxslərin sizinlə nə kimi əlaqəsi vardır?
-Konfranslarda tədbirlərd digər məclislərdə tanış olmuşduq. Hacı Zülfüqar və Fəramiz Abbasov ölkənin tanınmış ruhaniləridir. Onlar insanlığa və mənəviyyata xidmət eliyən şxslərdir. isə Dəyanət Səmədov mənim əmim oğludur. Onun u işə heç bir aidiyyatı yoxdur.
-Niyə məhz Fəramiz Abbasov və və Zülfüqar Mikayılovu bu qədər yadda saxlamısız.
-Partiyanıən sonuncu qurltayı nə vaxt keçirilib.
- 2007 ci ildə
-Partiyanın axırıncı baş məclisi nə vaxt olub.
-2011-ci il yanvar ayının 2-si.
- Yanvar ayının 2-də etdiyiniz çıxış nə ilə bağlı idi.
-Həmin çıxışda ölkədıə baş alıb gedən islamafobiya hallarından və ölkə rəhbərliyin bu problemlər qarşısında məsuliyyətdən adnışmışıq.
-Hakmiyyətlə bağlı nə bildirmişdiz?
-Dedkərimin hamısı sübutlarda var. Hakmiyyətə etirazımız olub. Bəzi məmurların adlarını qeyd etmişik.
-İslamafobiyanı nədə görürsüz?
-İslamafobiya halları ölkədə 1990-cu illərinəvvəllərində başlayıb. Bu ilk öncə hicabklı xanimlar şəxsiyyət vəsiqəsinə hicabla şəkil çəkdirməsi ilə başladı. Lakin qanun vericilik bu qadağa ilə bağlı heç bir əsasmövcfud deyil. Ölkədə baş alıb gedən mənəviyyatsızlıq və KUİV-nijn yayımladığı seriallar və digər proqramlar məgər hamısı islamafobiyanın əlamətləri deyilmi?. Azərbaycan yeganə müsəlman ölkəsidir ki, burada islam müqədsdəslərinə xəyanətlər olunur və qəzetlərdə islam peyğəmbəri çox rahat formnada təhqir olunur. Ölkədə dini ədbiyyatın yayımlamsı ilə bağlı məhdudiyyətlər mövcuddur. Hətta əziz islam peyğəmbərinin həyatını əks etdirən kitabların satışına qadağalar qoyulub.
- Əvvəllərdə belə çıxışlarınız olub?
-Bəli əlbəttə ki. Məscidlərin sökülməsi məsələsində bildirmişdik ki, Azərbaycanda rəhbərliklər görün nə gündədirlər ki, Əfqanıstan da Taliban bütpərəstlərin bütlərini dağıdandan sonra digər ölkələrdə yaşayan bütpərəsətlər etiraz edirlər, lakin bizdə heç bir etiraz yoxdur.
-2 yanvar çıxışınızda çoxlu sayda vətəndaşların ölkəniv tərk etdiyini bildirmişdiz. Ölkəni kimlər tərk edir?
-Biz ölkıəni tərk edən şəxsləri deyəndə işsiz vətəndaşları nəzərdə tutmuşuq.
-Belə bir fakta hardan rast gəlmisiz:
-Mətbuatda və gündəlik gördüklərimizdən
-Çıxışınızda xalqa çağırış etmisiz. Çağırışda məqsədiniz xalqı devirmək idi?
-Xeyr. Dinimizin müdafiə olunması ilə bağlı olub.
Məhkəmə prosesi avqustun 15-də Mövsüm Səmədovun sualları cavablandırması ilə davam etdiriləcək.

“Yeni Müsavat”