“Biz bu yoldan dönməyəcəyik”

biz-bu-yoldan-donmeyeceyik-
Oxunma sayı: 642

Həmin gün Lord Rizbi ilə görüşən ARDNŞ prezidenti regiona göstərdiyi diqqətə görə ona təşəkkürünü bildirib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Britaniya parlamentinin Azərbaycanın neft strategiyası haqqında ətraflı məlumata malik olmasının vacibliyini vurğulayan şirkət prezidenti bildirib ki, neft ölkələri olan Azərbaycan və Böyük Britaniyanın iri neft şirkətləri arasında sıx əməkdaşlıq mövcuddur.
"Avropaya inteqrasiya bizim strateji məqsədimizdir və biz bu yoldan dönməyəcəyik", - Rövnəq Abdullayev deyib.
Lord Rizbi ARDNŞ-nin dünyanın uğurla fəaliyət göstərən şirkətlərindən biri olduğunu və bu yaxınlarda Azərbaycana etdiyi səfərdən məmnun qaldığını deyib. Britaniyalı siyasətçi Avropanın enerji təhlükəsizliyi məsələsinin son dərəcə mühüm olması haqqında fikirlə razılaşdığını söyləyib və Azərbaycanın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib. Lordlar Palatasının üzvü Azərbaycanda mövcud olan stabil vəziyyətin onları sevindirdiyini bildirib.
Sonda Lord Rizbi Rövnəq Abdullayevin Böyük Britaniya Lordlar Palatasındakı çıxışının parlament üzvlərinin böyük marağına səbəb olacağına inandığını deyib.