“Qafqazinfo”nun məlumatına görə, voleybolçu yarımfinal görüşündən danışıb:
“Hollandiya asan rәqib deyildi. Gördünüz ki, heç dә asan qarşılaşma olmadı. Qrupun son oyununda Türkiyәyә 3:0 uduzmuşduq. Yenidәn Türkiyә millisi ilә yarımfinalda qarşılaşacağıq. Gәlәcәk planlar haqqında danışmaq istәmәzdim.
Amma Türkiyә üçün bu dәfә fәrqli olacaq. Biz daha güclü oynamağa çalışacağıq. Avropa Oyunlarında qızıl medal әla olar. Çünki doğma arenada çıxış edirik. Amma başqa medal da qazansaq, fәrq etmәz. Medal medaldır”.
Son xəbərlər
Son Xəbərlər