O qeyd edib ki, böyük bir nümayəndə heyəti ilə Azərbaycana gəlib:” Müluz şəhəri ilə Gəncə arasında dostluq əlaqələrimiz daha da genişlənir və möhkəmlənir. Azərbaycan Fransa üçün dost ölkədir. Mən boynuma simvolik olaraq, Gəncənin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı olmasını əks etdirən şərfi taxmışam , çünki bu mənim üçün əhəmiyyətlidir. Meri olduğum Müluz şəhərinin 300 min əhalisi var, bunun da 30 faizi gənclərdir. Yaxın zamanlarda Müluz şəhəri də öz namizədliyini irəli sürəcək, bu sahədə Gəncənin təcrübəsini öyrənmək bizim üçün vacib olmaqla, həm də olduqca maraqlıdır. Şəhərdə çox uğurlu işlər görülüb”.
Son xəbərlər
Son Xəbərlər