“Biz demirik ki, onlar siqaret çəkməsinlər, çəksinlər...”

“Biz demirik ki, onlar siqaret çəkməsinlər, çəksinlər...”
Oxunma sayı: 292

Bu barədə parlamentin yaz sessiyasının ilk iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib. Millət vəkilinin sözlərinə görə, belə qanun layihəsi vaxtilə müzakirələrə çıxarılmış, sonra isə təkmilləşdirilmək adı ilə geriyə qaytarılmışdı: “Bunun üstündən xeyli vaxt keçir. Hesab edirəm ki, həmin qanun layihəsi təkmilləşdirilmiş formada yenidən müzakirələrə çıxarılmalı və nəhayət bu yöndə müvafiq qanun layihəsi qəbul edilməlidir. Bununla yanaşı, Ailə Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi də müzakirələrə çıxarılmalıdır. Fikrimcə, Ailə Məcəlləsində mütləq nikaha daxil olan cütlüklərdən tibbi arayışın tələb edilməsi və ailə quran şəxslər arasında mülkiyyət, əmlak müqaviləsinin imzalanması məsələsi öz əksini tapmalıdır.

Çünki, bu dəyişiklikləri etməklə həm nikahı pozulan şəxslər arasında mülkiyyət məsələləri ilə bağlı yaranan mübahisəli məsələlər aradan qaldırılmış olar, həm də tibbi arayışın tətbiqi ilə bir çox xəstəliklərin yayılmasının qarşısını almaq olar”.

Bundan başqa, millət vəkili, ictimai yerlərdə siqaretdən istifadəni qadağan edən qanun layihəsinin müzakirələrə çıxarılmasının vacibliyini deyib. “Bu gün elə bir Avropa ölkəsi tapılmaz ki, orada belə bir qanun olmasın. Yəni, həmin ölkələrdə ictimai yerlərdə siqaretdən istifadə hallarına rast gəlmək qeyri-mümkündür. Bizdə isə mənzərə tamamilə fərqlidir. Kim istəyir qadınların, uşaqların, yaşlıların olduğu ictimai yerlərdə siqaretdən istifadə edir. Biz demirik ki, onlar siqaret çəkməsinlər, çəksinlər, bu onların problemidir. Ancaq ictimai yerlərdə bunu etməsinlər. Qarşıdan “Eurovision-2012” mahnı müsabiqəsi gəlir.

Təbii ki, bu zaman Azərbaycana Avropa ölkələrindən də çoxlu qonaqlar gələcəklər. Ona görə də, həmin müsabiqəyə qədər ictimai yerlərdə siqareti qadağan edən qanun layihəsi müzakirələrə çıxarılmalı və qəbul olunmalıdır”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi