“Biz Ermənistanın işğalçı olduğunu dünyaya tanıtmalıyıq” - - Yenilənib

biz-ermenistanin-isgalci-oldugunu-dunyaya-tanitmaliyiq-
Oxunma sayı: 1206


“Qafqazinfo” xəbər verir ki, spiker Oqtay Əsədov 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda insanlığla qarşı yönəlmiş qətliamın baş verdiyini dilə gətirib və millət vəkillərini Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb. Bundan sonra millət vəkilləri Xocalı faciəsini qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra spiker sözlərinə davam edərək bildirib ki, öz miqyasına görə Xocalı faciəsi ən dəhşətli faciələrdən biridir və bu faciənin tanıdılması istiqamətində böyük işlər görülür. Artıq bir sıra ölkələrin parlamentləri Xocalı faciəsini soyqırım aktı kimi tanıyıblar.

***

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova parlamentin bu gün keçirilən plenar iclasında həmin qurumun sessiyasında Xocalı faciəsi ilə bağlı müzakirərlər zamanı yeni iddianın ortaya atıldığını bildirib. “Qafqazinfo” xəbər verir ki, Ermənistan nümayəndələri ATƏT PA-nın qış sessiyasında Xocalı soyqırımı barədə danışarkən Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovu ittiham ediblər: “Onlar iddia edirdi ki, Xocalı soyqırımının günahkarı guya Azərbaycan xalqıdır. Bilirsiniz, bunun səbəbi nədir? Bizim bəzi siyasətçilər nə danışdıqlarına fikir vermirlər. Ermənilər də bundan bizim özümüzə qarşı istifadə edir”.

Vitse-spiker deyib ki, deputatlar, siyasətçilər xüsusilə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı açıqlamalar verməlidirlər: “Biz Ermənistanın işğalçı olduğunu, torpaqlarımızı işğal etdiyini dünyaya tanıtmalıyıq. Başqa daxili məsələləri özümüz burda da müzakirə edirik”.

Günel