Azərbaycanda daha bir tanınmış ailənin üzvü koronavirusa yoluxub.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, jurnalist Aidə Eyvazlının qardaşı Hətəm Eyvazlı da koronavirusa yoluxub. Ağır vəziyyətdə olan H.Eyvazlı həkimlərin sayəsində ölümdən dönüb.
Onun həyata qayıtmaq xəbərini necə almasını bacısı A. Eyvazlı sosial şəbəkədə paylaşıb: "Gözümü təzəcə huş aparmışdı ki, telefonuma zəng gəldi. Baxdım ki, gecə saat 2-dən 7 dəqiqə ötüb. Zəng edən qardaşımın həkimi, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinin müdiri Gülarə Abbasova idi. Telefonumun açar kodunu unutdum. Əllərim titrəyirdi. Neylədimsə, aça bilmədim. 5-ci cəhddən sonra barmaqlarımın yaddaşı kodu tapdı. Açdım. Ürəyim nanə yarpağı kimi titrəyirdi. Gecənin bir aləmində bu nə zəng idi? Həkim qardaşım haqqında nə deyəcəkdi? Titrəyə-titrəyə soruşdum ki, doktor, “nə oldu???...”.
Hər gün eşitmək istəmədiyim xəbəri almağa hazırlaşırdım. Əvəzində həkimin gülüş səsini eşitdim: “Xanım, mən əlimdən gələni etdim! Qardaşınız gözlərini açdı!”
Biz evimizdə rahat yatağımızda yatarkən, onlar xəstəxanalarda bizim doğmalarımızın keşiyini çəkir. Həyatı bir andan asılı olan, bir udum nəfəsə möhtac olan insanları həyata qaytarmaq üçün çarpışırlar. Onlara nəfəs vermək istəyirlər".
Fotoda Gülarə Abbasova

A. Eyvazlı qeyd edib ki, bu il ölkə prezidenti ilimizi “Könüllülər ili" elan etdikdən sonra başımızın üstünü bu qara buludlar alanda ilk qabağa keçən ağ xalatlı həkimlərimiz oldular: "Üç tibb işçisi - reanimasiya şöbəsinin müdiri, həkim-reanimotoloq Gülarə Abbasova, tibb bacısı Mehparə Dadaşzadə və tibb bacısı Zahirə Həsənova çay içə-içə insanlara etdikləri köməyin həzzini yaşayırlar. Özü də ki, bir stəkan çayla kifayətlənmirlər. Çünki o sintetik, hava keçirməyən komuflyajın içərisində bu isti havada 6-8 saat ərzində tərləyərək, öz bədənlərindən nə qədər enerji və su itirmiş olurlar. İndi həmin balansı bərpa etmək zamanıdır, bir azdan yenə onları gözləyən xəstələrin yanına qayıdacaqlar".
Son xəbərlər
Son Xəbərlər