“Biz gənclərə böyük ümidlər bəxş edib”

biz-genclere-boyuk-umidler-bexs-edib
Oxunma sayı: 3439

“Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur”.

“Qafqazinfo” xəbər verir ki, bu  sözləri Bakı Avrasiya Universitetinin ümumi işlər üzrə prorektoru, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının Siyasi Şurasının üzvü Günhan Hüseynli ulu öndərin anım gününə həsr olunmuş tədbirdə  deyib.

O qeyd edib ki, dünya tarixində Azərbaycan dövlətinin və onun varlığını bizlərə əmanət edən şəxsiyyət biz gənclər üçün sözün əsl mənasında  böyük ümidlər bəxş edib.

“Dünya sferasında müstəqil dövlətlətimizi bütün təhlükələrə rəğmən öz sinəsini sipər edərək siyasi iradə nümayiş etdirən, qoruyan tək şəxsiyyət Heydər Əliyev olub. Bu gün qədirbilən Azərbaycan xalqı bu həqiqətin carçısıdır. İllər keçir, zaman, dünya siyasəti bir daha əmin oldu ki, Heydər Əliyev dünya siyasi arsenalının öncüllərindəndir. Nə xoşbəxt bu xalqa ki, Heydər Əliyev kimi xalqına və onun daima yaşamasına öz həyatını bəxş etmiş liderə sahibdir.

Biz gənclər üçün yeni mərhələnin, üfüqlərin doğacağı günü hər zaman ifadə edən və ona zəmin yaradan müdrik liderimizin həqiqətlərinin bu gün şahidi oluruq. Və qürür duyuruq ki, bu məmləkəti Heydər Əliyev siasi kursunu layiqlə davam etdirən Ali Baş Komandanımız İlham Əliyevlə birgə addımlayırıq”.