“Biz gömrükçü deyilik ki, razılıq verək” - Lavrov

biz-gomrukcu-deyilik-ki-raziliq-verek
Oxunma sayı: 3409

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdən sonra rəsmi Moskvanın Prezidentlər Vladimir Putin və Co Bayden zirvəsinə razılıq verib-verməməsi sualına maraqlı cavab verib.

“Qafqazinfo” “RBC”yə istinadən xəbər verir ki, Lavrov İslandiyanın paytaxtı Reykyavikdə keçirilən görüşdə jurnalistin mümkün görüşlə bağlı sualını belə şərh edib:  “Biz gömrükçü deyilik ki, razılıq verək”.

Daha sonra Rusiya XİN rəhbəri amerikalı həmkarı ilə aparılan danışıqların faydalı olduğunu bildirib.