Nazir Avropa oyunları haqqında fikirlәrini bildirib: "Biz ölkәmizdә keçirilәcәk bu möhtәşәm yarışa hazırıq. Hәr cür infrasturktur yaradılıb. Bakının siması dәyişib. Bizim paytaxtımız qonaqları qәbul etmәyә hazırdır. Gәlәn qonaqlar paytaxtımız sevәcәklәr. Azәrbaycan 2012-ci ildә London Yay Olimpiya oyunlarında 53 idmançı ilə iştirak edib. Hәmin vaxt sevinirdik ki, biz orada böyük komanda kimi çıxış etdik. Hamımız hәmin yarışı qürur hissi ilә izlәdik. Avropa oyunlarında isә 291 idmançı iştirak edәcәk. Bu çox gözәl hadisədir, çünki belә böyük komanda ilә tәmsil olunacağıq. Bu, idmançılarımız üçün yeni sәhifә açacaq. Biz idmançılarımıza hәr zaman dәstәk olmağa hazırıq. Necә ki, bundan öncә dә sizә dәstәk olmuşuq. Artıq hamımız yarışın başlamasını gözlәyirik. İdmançılarımızın uğurlu çıxışını görüb qürurlanmaq istәyirik. Azәrbaycan Respublikasının prezidenti İlham Әliyev idmançılarımız üçün hәr cür şәrait yaradılmasına dәstәk verib. İdmançılarımız da etimadı dorğuldacaqlar. İdmançılara uğurlar arzu edirik. Biz sizinlә hәr gün görüşәcәyik. İnanıram ki, 29 iyunda görüşüb qazandığımız çoxlu medallardan danışacağıq".
Tәdbirdә müğәnni Tünzalә Ağayeva da çıxış edib: "Çox hәyәcanlı günlәrdir. Bizim hәyәcanımız çoxaldıqca, günlәr azalır. İdmançılarımıza uğurlar arzu edirәm. Onlar ölkәmizin başını uca edirlәr. Bayrağımızı dalğanadırırlar. Onlardan medallar gözlәyirәm".
Elsevər
Son xəbərlər
Son Xəbərlər