“Biz istəyirik ki, mediada çoxlu güclü saytlar olsun”

biz-isteyirik-ki-mediada-coxlu-guclu-saytlar-olsun
Oxunma sayı: 1352

Bu gün “Milli.Az” internet portalının 7 yaşı tamam olur. 

Qafqazinfo” bu münasibətlə portalın baş redaktoru Anar İmanovun təəsüratlarını öyrənib. Bu illər ərzindəki fəaliyyətlərindən danışan baş redaktor qısa müddət ərzində böyük bir yol qət etdiklərini bildirib:

“7 illik fəaliyyətimizi qısa bir müddət adlandırardım. Ancaq fəaliyyətimizlə oxucuların diqqətini, etibarını qazana bilmişik. Fəxr edirik ki, fəaliyyətimiz oxucular tərəfindən rəğbətlə qarşılanır. Bu 7 il ərzində “Milli.az”-da əziyyəti keçən bütün əməkdaşlarımızı təbrik edirəm.

Mediadakı yerimizi dəqiq deyə bilmərəm, ancaq inanıram ki, bu sektorda müəyyən qədər özümüzə yer edə bilmişik. Biz istəyirik ki, mediada çoxlu güclü saytlar olsun. Bu, bizim üçün də stimuldur. Media nə qədər güclü olsa, biz də o qədər güclü olarıq. Bu zaman cəmiyyət üçün faydamız daha çox olar”.