Belarus Prezidenti Aleksandr Lukaşenko əmindir ki, respublika hakimiyyəti koronavirusun yayılması ilə mübarizədə hələ heç nədə səhv etməyib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “BELTA” xəbər verib.
“Hətta siz, bu prosesə o qədər də cəlb olunmayan insanlar, görürsünüz ki, belaruslular düzgün hərəkət ediblər”, - dövlət başçısı deyib.
Lukaşenko, həmçinin respublika vətəndaşlarının bu dövrü layiqincə keçəcəklərinə əminliyini ifadə edib.
Aprelin 17-nə olan məlumata görə, Belarusda 4,8 minə yaxın yoluxma, 45 ölüm halı qeydə alınıb. 3,2 min pasiyent stasionlar müalicədədir.
Son xəbərlər
Son Xəbərlər