Yanvarın 4-də AXCP Ali Məclisinin növbəti sessiyası keçirilib. Partiya sədri Əli Kərimli iclasda ötən il partiya Ali Məclisinin sonuncu sessiyasından sonra baş verən hadisələrdən danışıb. O, ilk növbədə dekabrın ilk günlərində benzinin qiymətinin qaldırılması və bununla növbəti bahalaşma dalğasının başlaması haqda danışıb. AXCP sədri bahalaşmaya qarşı Milli Şuranın mitinq keçirdiyini xatırladaraq deyib: “Bu bahalaşma epizodik hal deyil, davam edəcək. Çünki bu proses neft gəlirlərinin azalması ilə bağlıdır. Üstəlik qarşıda neftin qiymətinin də aşağı düşməsi gözlənilir”.
AXCP sədri bildirib ki, bu mənada xalqın sosial vəziyyəti ağırlaşmaqda davam edəcək. Buna görə də vətəndaşların sosial problemlərinə diqqət partiyanın əsas fəaliyyət istiqamətlərindən biri olmalıdır.
Əli Kərimli ötən dövrün mühüm hadisələrindən biri kimi Ukraynada Avrointerqasiya tələbilə keçirilən davamlı mitinqləri qeyd edib. AXCP sədri sonra Milli Şurada yaşanan son proseslərlə bağlı fikirlərini bölüşüb. “Ötən il baş verən daha bir hadisə xalqın gələcəyə ümidl
Bizi Telegramda izləyin
Son xəbərlər
Son Xəbərlər