“Biz o xəstələri həyata döndərməyə çalışmışıq”

biz-o-xesteleri-heyata-dondermeye-calismisiq
Oxunma sayı: 2469

"Azərbaycanda koronavirusa yoluxanların 5-6 faizi xəstəliyi ağır keçirib".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

O bildirib ki, Azərbaycanda koronavirusa yoluxanların 5-6 faizi xəstəliyi ağır keçirib: "Biz ağırlaşmış, ölümlə həyat arasında qalan xəstələri həyata döndərməyə çalışmışıq. COVID-19 çox fərqli xəstəlikdir. Nəticələrimiz dünyanın bir çox inkişaf etmiş ölkələrindən daha yaxşıdır. Mübarizəmizi davam etdirəcəyik".

Murad Əhməd