“5 il ərzində cəmi iki dəfə komissiyada etik davranışla bağlı məsələyə baxmışıq. Amma parlamentdən kənarda bununla bağlı vətəndaşların çoxsaylı müraciətləri ilə tanış olmuşuq. Heç bir millət vəkili parlametin adına zərər gətirməməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentdə bildirib. O, qeyd edib ki, həmkarlarının hər biri məsələni nəzəri cəhətdən əsaslandırmağa çalışıb: “Mən isə praktik cəhətdən əsaslandıracam. Beş il İntizam Komissiyasının sədri olmuşam. Ancaq 5 il ərzində cəmi iki dəfə komissiyada etik davranışla bağlı məsələyə baxmışıq. Amma parlamentdən kənarda bununla bağlı vətəndaşların çoxsaylı müraciətləri ilə tanış olmuşuq. Əgər biz öz davranışımıza riayət edə bilmiriksə niyə qanun belə olmasın deməliyik ki? İnsan özünü yaxşı aparsın, belə hallarla qarşılanmasın.
Biz hakimləri, MSK üzvlərini təyin edib onların etik davranışına nəzarət ediriksə, özümüz də buna riayət etməliyik. Bu parlamentin şəffaflığının ortaya qoyulması ilə bağlıdır. Əgər kimsə haqlı olduğunu təsdiq edə bilmirsə, onu hərəkətinə görə digər həmkarına da zərər gəlirsə, burada nədən danışmaq olar? Biz səsverməni üçdə ikiyə qaldıra bilərik. Biz cavabdehliyimizi öz həmkarımızın qarşısında daşıyırıq. Bir çox xarici ölkələrin praktikası da öyrənilmişdir. İndı xırda detalları bu qanundan çıxartmaq da olar. Məsələn, Amerikada 300 dollar civarında hədiyyə millət vəkilinə daxil olursa onu evinə apara bilər. Ondan artıq olduqda parlamentdə saxlamalıdır. Bizdə isə bunu 50 manat civarında müəyyənləşdirirlər. Hesab edirəm ki, bizdə bu məbləğə baxıla bilər”.
Spiker Oqtay Əsədov da qeyd edib ki, bu qanun alyihəsi üzərində işləmək lazımdır: “Bəzi maddələr yumşaldılmalıdır”.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər