“Biz öz torpaqlarımızı qaytarmırıq” - Rusiyadan Trampa cavab

biz-oz-torpaqlarimizi-qaytarmiriq
Oxunma sayı: 2221

Rusiya XİN-i Ağ Evin mətbuat katibinin Krımla bağlı açıqlamasına reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, XİN rəsmisi Mariya Zaxarova bildirib ki, Krım Rusiya ərazisidir, biz isə öz torpaqlarımızı qaytarmırıq. 

Qeyd edək ki, daha əvvəl Ağ Evin mətbuat katibi Şon Spayser bildirmişdi ki, prezident Donald Tramp Rusiyanın Krımı Ukraynaya qaytaracağını gözləyir.