“Gərgin zamanlarda ölkədə sosial siyasətə daha çox ehtiyac olur. Ölkədə sosial siyasətin anestezioloqları da bizik. Biz passiv olanda isə ortalıq boş qalmır. Müxalifət, dağıdıcı qüvvələr bizim yerimizi alır”.
“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Musa Quliyev Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Millət vəkili bu məqamda işləməyin labüd olduğunu diqqətə çatdırıb: “Maliyyə-iqtisadi gərginlik ilində daha çox dinləmələr keçirilməlidir. Bilirsiniz ki, hər bir nazirliyin özünün marağı var. Həmçinin sahibkarın, şəxslərin də. Hesab edirəm ki, Əmək Məcəlləsi ilə də bağlı dinləmələr keçirilməlidir. Məcəlləni postneft dövrünün tələblərinə uyğunlaşdırmaq lazımdır.
“Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanun layihəsinin də müzakirəsinə istehlakçılar da dəvət olunmalıdır, onların da fikri öyrənilməlidir. Yəni burada məqsəd tütünün istehsalının azaldılması deyil, ictimai yerlərdə çəkmənin məhdudlaşdırılmasıdır. Biz tütün sənayesinə müharibə açmalı deyilik”.
Son xəbərlər
Son Xəbərlər