Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Macarıstanın MTK komandası “Qəbələ”nin qonağı olub.
Qarşılaşma təmsilçimizin 2-0 hesablı qələbəsiylə başa çatıb. Bu nəticə MTK komandasının Avropa Liqasında mübarizəni dayandırmasına səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, matçdan sonra MTK-nin baş məşqçisi Vasilis Teodoru fikirlərini bildirib:
“Qəbələ”ni qələbə münasibətiylə təbrik edirəm. “Qəbələ” ilk qoldan sonra ruhlandı və yaxşı oyun sərgilədi. Qapımızda gördüyümüz qol isə bizim futbolçuları ruhdan saldı. Biz şansımızın olduğunu bildiyimiz halda, Bakıya qələbə üçün gəlmişdik”.
-İkinci qoldan sonra maçtda dönüş edə biləcəyinizə inanırdınız?
-İlk qoldan sonra ruhdan düşmüdük, ikinci qoldan sonra isə daha da “sındıq”. İlk oyundakı məğlubiyyət də şansımızı azaltmışdı.
-İkinci hissədə hücuma atılacağınızı gözləyirdik. Amma bu, baş vermədi...
-Bilərəkdən müdafiə olunmurduq. Biz Avropanın ən güclü komandasıyıq. Sadəcə, bu gün bizim komandamızda alınmadı.
-Avropa Çempionatında parlaq oyunu ilə diqqət çəkən Macarıstanı təmsil edən MTK-nın belə oyununu biabırçılıq kimi qəbul etmirsiniz ki?
-Biz psixoloji cəhətdən uduzduq. Bunu Macarıstan futbolunun zəifliyi ilə əlaqələndirmək olmaz.
Son xəbərlər
Son Xəbərlər