“Biz regionun tarixi haqqında çox şey öyrəndik”

biz-regionun-tarixi-haqqinda-cox-sey-oyrendik
Oxunma sayı: 1182

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səyahət bizə bu bölgənin tarixi haqqında çox şey öyrənməyə imkan verdi”.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bunu amerikalı səyyah Şelvin Şah deyib.

O qeyd edib ki, səfər Ermənistan-Azərbaycan münaqişəsi haqqında daha çox məlumat əldə etməyə imkan verir.

Şelvin Şah mina problemi ilə bağlı fikirlərini də bölüşüb: “Mən istərdim ki, insanlar daha minalardan ölməsinlər, mən həmişə sülhün tərəfdarıyam. Fikrimcə, həm Azərbaycana, həm də Ermənistana sülh gətirən hər şey hər iki ölkənin maraqlarına uyğundur.