“Biz Rusiyanı məsuliyyətə cəlb edəcəyik” - Bayden

biz-rusiyani-mesuliyyete-celb-edeceyik
Oxunma sayı: 2762

ABŞ Prezidenti Co Bayden və Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında növbəti telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bayden Tvitter hesabında paylaşım edib.

O bildirib ki, telefon söhbəti zamanı ABŞ-ın Rusiya hücumundan müdafiəsi üçün təhlükəsizlik yardımı və humanitar yardım da daxil olmaqla, Ukraynaya davamlı dəstək ifadə olunub.

“Biz Rusiyanı məsuliyyətə cəlb edəcəyik və sanksiyalarımız artıq dağıdıcı təsir göstərir”, - ABŞ Prezidenti qeyd edib.