Xəbər verdiyimiz kimi, “Qarabağ” doğma meydanda “Kәpәz”i məğlub edib. "Qafqazinfo" xəbər verir ki, oyundan sonra Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, bu gün 3 xal qazanmaq üçün istəkli idilər: "Rəqib son vaxtlar yaxşı formada idi. Komandam nəticə üçün oynamağı bacardı. Topsuz da yaxşı oynayıb, rəqibin sürətli hücumlarının qarşısını aldıq. Bu gün stadionda futbol ab-havası var idi. Əsgərlərimizi yada salırdıq. Qarşıdakı oyunlara hazırlaşmaq vaxtımız var".
Qurbanov stadionda möhtəşəm ab-havadan da danışıb:
"Biz daim özümüzü əsgərlərimizin yanında hiss edirik. Orda olmaq istəyirik. Hazırda əsgərlərə ən böyük köməyimiz elə onlara mane olmamaqdır. Ali baş komandan hər hansı əmr versə, yerinə yetirməyə hazırıq".
“Qarabağ”ın baş məşçisi oyuna çıxarkən heç bir komandanı zəif hesab etmədiklərini də qeyd edib:
"Heç bir komandanı özümüzdən zəif saymamışam. Bütün rəqiblərə qarşı komandanı maksimum motivasiya etməyə çalışırıq".
Son xəbərlər
Son Xəbərlər