“Atletiko”nun hücumçusu Fernando Torres bu gün Çempionlar Liqasının finalında “Real”a qarşı keçirəcəkləri oyundan danışıb.
“Qafqazinfo” xəbər verir ki, ulduz futbolçu tarix yazmaq istədiklərini bildirib: ““Real” böyük klubdur. Amma biz yeni tarix yazmaq üçün əla şans əldə etmişik. Fikrimcə, bunun öhdəsindən gələ bilərik. Heç kim bilmir ki, tale bizə nə göstərəcək. Çempionlar Liqasının qalibi olmaq böyük arzudur. Möhtəşəm bir situasiyadır. Meydanda qol vurmaq üçün bütün mübarizəmi ortaya qoyacam”.
Son xəbərlər
Son Xəbərlər