“Biz tarix yaza bilərik”

biz-tarix-yaza-bilerik
Oxunma sayı: 875

Uels millisinin üzvü Aron Remzi iyunun 10-da Fransada başlayacaq Avropa Çempionatı ilə bağlı fikirlərini bildirib.

Qafqazinfo” xəbər verir ki, ulduz futbolçu komandasının qitə birincliyində sürpriz edə biləcəyini deyib. Remzi bildirib ki, uzun müddətdir bu anı gözləyirlər və tarix yazmağa çalışacaqlar: “Biz uzun müddətdir ki, Avropa Çempionatını gözləyirdik. Tarix yazmaq istəyirik. Fikrimcə, bunu bacaracağıq. Bu həm də sürpriz ola bilər. Komandam üçün əlimdən gələn hər şeyi edəcəm”.