“Biz tələsməməliyik”- - "Neftçi"nin hücumçusu

biz-telesmemeliyik-
Oxunma sayı: 791


“Qafqazinfo” xəbər verir ki, bu sözləri  UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Mladost” – “Neftçi” matçı öncəsi “ağ-qaralar”ın futbolçusu Ruslan Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

Rəqibin müdafiədən oynayacağını gözlədiklərini bildirən yarımmüdafiəçi mərhələ adlamaq şanslarının olduğunu bildirib: “Biz Monteneqroya elə-belə gəlməmişik. “Mladost” yəqin ki, müdafiədən oynayacaq. Çünki, nəticəni düşünəcəklər. Əgər ilk 15 dəqiqə ərzində qol vura bilsək bu əla olacaq, amma, tələsməməliyik. İstənilən halda imkanlarımız olacaq. Səbrlə oynayıb imkanlarımızdan yararlanmağa çalışmalıyıq. Düşünürəm ki, bizim mərhələ adlamaq şansımız daha çoxdur”.