“Biz tənqidçiləri susdurmaq üçün oynamırıq” - Mbappe

biz-tenqidcileri-susdurmaq-ucun-oynamiriq
Oxunma sayı: 1000

“İspaniyaya qələbə üçün gəlmişdik. Çox maraqlı və qeyri-adi matç idi”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri PSJ-nin hücumçusu Kilian Mbappe deyib. 

Fransalı forvard “Barselona”ya 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra açıqlama verib. Qarşılaşmada het-trik edən futbolçu klubda hər şeydən razı olduqlarını bildirib:

“Amma hər şeyə cavab oyunundan sonra aydınlıq gələcək. Hələ heç nə bitməyib. Mən PSJ-nin formasını qoruyur və onu ürəyimdə saxlayıram. Bir oyuna görə karyeramla bağlı nəsə demək axmaqlıq olardı. Karyera elə şeydir ki, bu haqda uzun müddət düşünməlisən. Həmişə demişəm ki, PSJ-də hər şeydən razıyam və belə matçlar məni xoşbəxt edir”.

Mbappe tənqidləri problem etmədiyini də sözlərinə əlavə edib: “Bütün böyük insanlar tənqidə məruz qalıblar. Bu, problem deyil. Biz tənqidçiləri susdurmaq üçün deyil, komandamızın uğuru naminə oynayırıq”.