“Biz Vyananı özümüzə nümunə götürdük”

biz-vyanani-ozumuze-numune-goturduk
Oxunma sayı: 3688

“Bu Baş plan müstəqilik dövründə paytaxtın ilk Baş planıdır. Şəhər böyüyüb, 212 min hektardan çox ərazini, 59 qəsəbəni əhatə edir. Bu planın hazırlanması zamanı bütün dövlət qurumları, bir çox özəl qurumlar iştirak edib”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətində keçirilən Bakının Baş planının təqdimatı mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. 

Onun sözlərinə görə, Baş planın hazırlanmasında bütün nazirliklərin təmsil olunduğu İşçi qrup yaradılıb: “Baş planın vacib hədəfləri var. Bakı insanlar üçün daha rahat şəhərə çevrilir. Lakin əvvəllər şəhərdə daha çox avtomobillər rol oynayırdı. Biz Vyananı, Dubayı özümüzə müqayisə üçün götürdük. Bilirik ki, Dubayda piyada hərəkəti üçün ciddi infrastruktur yaradılır. Vyana ictimai nəqliyyatdan rahat istifadə olunan şəhərdir. Düşünərək, müqayisə apararaq biz Vyananı özümüzə nümunəvi hədəf kimi götürdük”.  

Gülnar Əliyeva