“Biz zəfər çalacağıq!” - Ali Baş Komandan

biz-zefer-calacagiq
Oxunma sayı: 14472

“Tarixi həqiqət bizim tərəfimizdədir. Bütün təşkilatlar bizim ərazi bötüvlüyümüzü tanıyır. 30 ilə yaxındır ki, beynəlxalq danışıqlar aparılır. Amma bunun sonunda Ermənistan bütün prosesi iflic vəziyyətə salıb”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib. 

Dövlət başçısı bildirib ki, biz öz torpağımızda vuruşuruq: 

“Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur. Ermənistan əsgərinin bizim torpaqda nə işi var?!

Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!"