“Bizdə rezidentura proqramı doktorantura səviyyəsi kimi qəbul edilmir”

bizde-rezidentura-proqrami-doktorantura-seviyyesi-kimi-qebul-edilmir
Oxunma sayı: 1344

“Azərbaycanda tibb təhsili alan tələbələrin rezidentura proqramının doktorantura səviyyəsi kimi qəbul edilməməsi ilə bağlı problem var”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədrinin müavini Rəşad Mahmudov deyib.

“Azərbaycanda rezidentura təhsili alanlar məcbur olur ki, xaricə getsin. Çünki oradan alınan diplom 8-ci səviyyədə qəbul olunur. Tibb təhsilinin 7-ci kvalifikasiya səviyyəsinin, rezidenturanın 8-ci kvalifikasiya səviyyəsinə daxil olması məqsədəuyğun olar. Bu məsələnin gündəmə gətirilməsi işin gedişatına müsbət təsir edə bilər”, - deyə o əlavə edib.

Zaur Mirzə