“Bizdən gözləniləni etmədik” – - Cavid Hüseynov

bizden-gozlenileni-etmedik-
Oxunma sayı: 855


Komandanın kapitanı Cavid Hüseynov cavab oyunu ilə bağlı fikirlərini klub saytı ilə bölüşüb: “Serbiyadakı qarşılaşmada 0:1 hesabı ilə məğlub olduq. Bakıda keçiriləcək cavab qarşılaşmasında qalib gəlib, mərhələ adlamalıyıq. Səfərdə öz oyunumuzu, bizdən gözlənilən futbolu nümayiş etdirə bilmədik. İlk görüşdəki çatışmazlıqları aradan qaldırıb, cavab oyununda qalib gəlməliyik. Bunun üçün var gücümüzü ortaya qoyacağıq. “Çukariçki” “Qəbələ”dən güclü komanda deyil. Səfərdəki görüşü unudub, öz futbolumuzu oynamalı, mübarizə aparmalıyıq. Komandamız daha yaxşı futbol oynamağı bacarır. “Çukariçki”ni məğlub etmək gücündəyik. Bacarığımızı tam nümayiş etdirsək, mərhələ adlayacağıq. Bunun üçün də cavab matçına köklənməliyik”.