Adının çəkilməsini istəməyən şəxs bildirib ki, Rayon İcra Hakimiyyətinin nümayəndələri sakinlərə tikinti işləri aparmaqda ciddi problemlər yaradır:
"Mən Salyanda yaşayıram və bu yaxınlarda 3 sot torpaq almışam. Aldığım sənədin surətini icra başçısına yolladım və ev tikməyə icazə verilməsini istədim. Mənə 1 ay gözləməyimi, cavab gəlmədiyi təqdirdə işə başlaya biləcəyimi dedilər. Tikintiyə yeni başlamışdım ki, məni Rayon icra hakimiyyətinin şəhər üzrə nümayəndəsi Kamil Əzizovun məktubu əsasında polisə dəvət etdilər və 1200 AZN cərimələdilər.
Etiraz etdikdə isə bildirdilər ki, Salyanda bu dəqiqə kim iş görürsə hamını cərimə edirlər, Kamil Əzizov bütün rayon əhalisinin başına bu oyunu açır. Hətta 40-50 il eyni ünvanda yaşayan hər bir sənədi olan vətəndaşlar köhnə evlərini söküb yerində yeni ev tikə bilmirlər. Amma rüşvət verəndə hər şey düzəlir".
Şikayətçi bildirib ki, rayon sakinləri məsələ ilə bağlı aksiya keçirmək və prezidentə müraciət etmək haqqında düşünürlər: "Mən Cənab prezidentə müraciət edirəm. Milli Məclisin ev tikən insanların heç bir icazə almaması haqqında qəbul etdiyi qanunu Salyanda sayan yoxdur. Bizə adi kasıb evimizi tikməyə imkan vermirlər, amma, başçı rayonun ortasında 7 mərtəbəli Ticarət mərkəzi tikdirir".
Son xəbərlər
Son Xəbərlər