“Bizə süni maneələr yaradırlar”- - Federasiya prezidenti

bize-suni-maneeler-yaradirlar-
Oxunma sayı: 992


“Tarixdə ilk Avropa Oyunları həqiqətən çox möhtəşəm keçdi. Hakimlərin subyektivliyinə baxmayaraq, gimnastlarımız da ümumi qələbəyə öz töhfələrini verə bildilər.Siz artıq qeyd etdiniz ki, gimnastlarımız yarışlarda 7 medal qazandılar. Amma Oyunlar elə də asan keçmirdi. Çünki bu, idmandır və burada hər cür nəticə olur. Kədərli anlar də yaşadıq, sevincli anlar da. Bilirsiniz ki, bədii gimnastikada çıxışların qiymətləndirilməsi subyektiv xarakter daşıyır. Hakimlərin hərəsi çıxışa bir cür yanaşır. Qiymətləndirmə heç də hər zaman obyektiv olmur. Xüsusən biz bu halla neçə ildir ki, rastlaşırıq.

Azərbaycan dövləti idmanın bütün növlərinin, o cümlədən gimnastikanın inkişafına xüsusi diqqət göstərir. Rəqiblərimizlə çox güclü rəqabət aparırıq. Ona görə də təbii ki, bizdən ehtiyat edirlər. Bəzən süni maneələr yaradırlar. Xüsusən də bu, hakimlərin şəxsi qərəzliyində, qeyri-obyektiv qiymətlərində hiss olunur. Biz bu halla elə ilk çıxışımızdan rastlaşdıq. Qrup komandamız bədii gimnastikada yaxşı çıxış etdiyi halda, aşağı qiymət aldı. Digər komandalara isə yüksək qiymət verirdilər ki, finala yolumuz kəsilsin. Onda federasiyamızın rəhbəri qərar qəbul etdi ki, biz ədalətsizlik faktlarını açıqlayaq. Buna son qoymaq lazımdır. Çünki neçə ildir biz bunu müşahidə edirdik. Bu dəfə yarışlara daha yüksək səviyyədə hazırlaşmışdıq. Ancaq hakimlər yenə öz işlərini gördülər və məcbur olub Federasiya adından etirazımı bildirdim”.

Həsənov qeyd edib ki, ölkəmizdə gimnastikanın inkişafı Mehriban Əliyevanın federasiya prezidenti seçilməsindən sonra başlayıb: “Ölkəmizdə gimnastikanın inkişafı 2002-ci ilin payızında birinci xanım Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra başladı. Təbii ki, bu inkişaf birdən-birə baş vermədi. Nailiyyətlərimiz tədricən artmağa başladı. Təcrübə topladıq, idmançılar yetişdirdik. Əvvəlcə xaricdən məşqçilər dəvət etdik, sonra isə öz məşqçilərimiz yetişdi. Dövlətimizin başçısının qərarı ilə Milli Gimnastika Arenası inşa edilərək 2014-cü ildə istifadəyə verildi. Bu mükəmməl idman qurğusunun Avropada bənzəri yoxdur. Təbii ki, bu diqqət və qayğıya biz yüksək nəticələrlə cavab verməli idik. Məhz gərgin fəaliyyət, ardıcıl məşqlər sayəsində gimnastlarımız birinci Avropa Oyunlarında uğurla çıxış etdilər”.