“Bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

bizi-bakidakindan-ferqli-oyun-gozleyir
Oxunma sayı: 913

“Azərbaycanla oyuna hazırıq. Düzdür, Xorvatiya ilə oyundan sonra bu görüşə hazırlaşmaq üçün çox vaxtımız yox idi. Amma dünən məşq etdik, bu gün də daha bir hazırlıq prosesimiz olacaq. Azərbaycan müdafiədə yaxşı oynayır”.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Slovakiya millisinin aparıcı üzvü Marek Hamşik deyib.

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində yığmamıza qarşı keçiriləcək oyundan öncəki mətbuat konfransına qatılan 32 yaşlı yarımmüdafiəçi sabahkı görüşün Bakıdakı matçdan fərqlənəcəyini bildirib:

“Bakıda fantastik oyun keçirmişdik. Amma bu o demək deyil ki, sabah da işimiz asan olacaq. Düşünürəm ki, sabah bizi Bakıdakından fərqli oyun gözləyir. Azərbaycan millisinə təhlükəli əks hücumlar qurmağa imkan verməməliyik”.