“Bizi bütövləşdirən insan”

bizi-butovlesdiren-insan
Oxunma sayı: 722


“Qafqazinfo” xəbər verir ki, bunu Ümid Partiyası sədrinin İctimaiyyətlə əlaqələr və Xaricdə yaşayan soydaşlarımızla iş üzrə müavini Rüfət Muradlı doktor Cavad Heyətin ölümüylə bağlı yazısında deyib.

“Doktor Cavad Heyəti son mənzilə yola saldıq. Azərbaycan türklərinin son yüzillikdə dünya elminə bəxş etdiyi həkim, cərrah, türkoloq-alim, Güney Azərbaycanda milli kimliyimiz uğrunda mübarizənin sarsılmaz fədaisi, Güneydə bir millət kimi varlığımızın təmənnasız mühafizi, başıbəlalı Təbrizimin dəyərli yadigarı müstəqil Azərbaycanın başkəndi Bakının torpağına qovuşdu. Və ölümü ilə də bir daha parçalanmış vətənini bütünləşdirdi. Doktor Cavad Heyət bu millətə son xidmətini də belə etdi.

Cavad Heyət son mənzilə Azərbaycan alimi, Azərbaycan mütəfəkkiri, şərəfli bir Azərbaycan insanı kimi yola salındı.

Cavad Heyət son mənzilə Azərbaycan vətəndaşı kimi yola salındı.

Doktor Cavad Heyət özünü hər zaman idealı sandığı Məhəmməd Əmin Rəsulzadənin doğulduğu torpağa əmanət etdi.

Güneyimdə doğaraq Quzeyimdə batan bir günəşi xatırladan Cavad Heyət sağlığındakı fəaliyyətilə Azərbaycan türklərinin Bütövlük simvolu olduğu kimi, ölümü ilə də hər iki Azərbaycanı birləşdirdi…

Ruhun şad, yolun davamlı olsun bizi bütövləşdirən insan!”