“Bizi sevirlər və qəbul edirlər” – İradə

bizi-sevirler-ve-qebul-edirler-irade
Oxunma sayı: 653

“Qafqazinfo”nun məlumatına görə, bu günlərdə “Plyus-minus” verilişinin suallarını virtual aləmdən cavablandıran sənətçi fikirlərini genış publika üçün bölüşüb.

Qeyd edək ki, sənətçi bu səpkidə müsahibəni ilk dəfə verib. Əvvəlcə sənətçi Türkiyədə məhşurlaşmaq istəyən həmkarlarından söz açıb: “Bizim sənətçilərin Türkiyə şou-biznesinə can atması normaldır. Burada müxəlif dillərdə danışan insanlar yaşayır. Bizim dil daha asan başa düşüləndir. Bizi sevirlər və qəbul edirlər” – deyən sənətçi seçim qarşısında qalarsa, hələki tərəddüd etmədən öz şou-biznesimizin üzərində dayanadığını deyir:

İradə İbrahimova övladının fotolarını sosial şəbəkələrdə paylaşmasından da danışıb: “Hər bir ana övladı üçün narahatdı, üzərində diqqət olanda nəzərə gələcəyindən ehtiyat edir. Mənim virtual dostlarım hər sözünün əvvəlində, maşallah, Allah qorusun kimi ifadələr işlədirlər. Onların səmimiyyəti ailə fotolarımı onlarla paylaşmağıma imkan verir”.