"Qafqaznfo" xəbər verir ki, bu barədə Natiq Ədilov Facebook hesabında məlumat paylaşıb:
Bir: “Facebook”da AXCP-nin keçmiş mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlunun adından bir qeyd paylaşılıb. İsaq Əvəzoğlu azı 4 ildir ki, partiya ilə əlaqə saxlamır. Ola bilsin ki, profili ələ keçirilib və ya partiya ilə əlaqəsi olmadığından o özü bəzi yanlışlıqlara yol verib. Əsas məsələ budur ki, yazının AXCP-yə heç bir aidiyyatı yoxdur. Yazıda AXCP haqda da yanlış fikirlər yer alıb.
Cəbhəçilərdən xahiş olunur ki, yazını paylaşmasınlar və dəstəkləməsinlər. Yazıda adı keçən adamlar İsaq bəylə özləri əlaqə yaradıb, məsələni aydınlaşdıra bilərlər. Bizim “Müsavat” partiyasının siyasətinə münasibətimiz mənfidir və bunu açıq öz adımızla tənqid edirik. Rauf Arifoğlu və “Yeni Müsavat”a münasibətimiz də elə Aztv və “Yeni Azərbaycan”a münasibət kimidir. Amma biz siyasi mübarizə aparırıq. Hətta bizi söyənləri də söymək bizlik deyil.
İki: “Səs” qəzeti neçə güdür AXCP rəsmiləri adında provokasiya yaradır, guya ora müxtəlif məsələlərlə bağlı cəbhəçilərin açıqlaması olur. AXCP bəyan edir ki, onu təmsil edən heç bir şəxs “Səs”lə əməkdaşlıq eləmir. Ona görə orda AXCP rəsmiləri adından gedən bütün açıqlamalra, rəylər yalandır, provakasiyadadır.
Son xəbərlər
Son Xəbərlər