Bu ildə də saytımız Azərbaycanda öz populyarlığını qorumaqdan əlavə oxucularının əhatə dairəsini genişləndirə bilib. Aylıq oxucu statistikamızı təqdim etdiyimiz kimi, yekun illik hesabatı da təqdim edirik. Ötən il müddətində hər ay orta hesabla qafqazinfo.az saytını 3 milyon oxucu ziyarət edib. Onların 89 faizi Azərbaycandan olub. Aylıq unikal İP sayı 500 mindən çox, səhifə baxışı isə 25-35 milyon arası olub.
İndi isə Qafqazinfo-nun 2014-cü il statistikasını təqdim edirik. Bir daha qeyd edək ki, təqdim etdiyimiz rəqəmlər virtual dünyanın ən etibarlı hesablayıcısı sayılan Google Analytics-dən götürülüb.
Ötən il ərzində (1 yanvar-31 dekabr ) qafqazinfo.az səhifəsinə 36,833,097 ziyarətçi (sessiya) daxil olub. Ziyarətçilər 4,576,481 unikal İP-dən daxil olub. Ümumilikdə 273 milyon 907 min 930 səhifə baxışı olub. Hər bir ziyarətçı orta hesabla 16:18 dəqiqə saytda qalıb. Saytdan istifadə edənlərin 88.2 faizi daimi, 11.8 faizi isə yeni oxucular olub.
Ziyarətçilərin 273,907,930 (89 faizi) Azərbaycanın, yerdə qalanı isə digər ölkələrin (Rusiya 787 min, ABŞ 497 min, Türkiyə 478 min, Almaniya 280 min, Ukrayna 268 min, İndoneziya 183 min, İngiltərə 164 min, Niderland 149 min) payına düşür.
Daha bir maraqlı statistikanı da oxucularımıza təqdim edək. 2014-cü ildə Qafqazinfonun mobil versiyası istifadəyə verilib və bu saytımızın girişlərində özünü əhəmiyyətli şəkildə göstərib. Belə ki, 2014-cü il ərzində qafqazinfo.az ünvanını ziyarət edən 36,833,097 nəfərin 26,738,392(72.59%)-ü bunu kompüter vasitəsi ilə edib. 7,776,899 (21.11%) ziyarətçi qafqazinfo-nu oxumaq üçün mobil telefon, 2,317,806(6.29%) ziyarətçi isə tabletdən itifadə edib.
Bütün oxucularımıza təşəkkür edirik!

Son xəbərlər
Son Xəbərlər