“Bizim Babək prospektində heç bir işimiz qalmayıb”

“Bizim Babək prospektində heç bir işimiz qalmayıb”
Oxunma sayı: 1763

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Babək prospektində kanalizasiya xətlərinin çəkiləcəyi ilə bağlı xəbərə münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, sədr yayılmış informasiyanın tamamilə səhv olduğunu və texniki xəta səbəbindən baş verdiyini bildirib:

“Babək prospektində kanalizasiya sisteminin çəkiləcəyi ilə bağlı məlumat tam yanlışdır. Prospektdə işlər çoxdan başa çatıb. Bu, sadəcə saytda yaranmış texniki bir səhv olub. Orada bizim heç bir işimiz qalmayıb. Yanlış məlumatdır. Saytda tarix səhv qeyd olunub”.

Günel Hacı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi