“Bizim də şansımız var” - APOEL-in baş məşqçisi

“Bizim də şansımız var”
Oxunma sayı: 1742

Xəbər verdiyimiz kimi, ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" sabah III təsnifat mərhələsinin cavab matçında APOEL-i qəbul edəcək.

"Qafqazinfo"nun məlumatına görə, oyunöncəsi mətbuat konfransında qatılan Kipr klubunun baş məşqçisi Tomas Doll sabahkı qarşılaşma barədə fikirlərini bildirib:

"Faiz olaraq nə dərəcədə hazır olduğumuzu deyə bilmərəm, amma çox yaxşı komandamız var. İki qol vurmalıyıq. Ümumilikdə 4 məşqimiz olub. Futbolçulardan razıyam. Təəssüf ki, onlar ilk görüşdə bacardıqlarını tam şəkildə nümayiş etdirə bilməyiblər. Önəmli olan daha yaxşı oynamaqdır. Sabah fərqli mübarizə aparmalıyıq. Futbolçularla bu barədə danışmışam. Hesab edirəm ki, bizim də şansımız var. Çox güclü komandaya qalib də gələ bilərik".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı saat 20:30-da başlayacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi