“Bizim edə biləcəyimiz heç nə yoxdur” - MSK sədri

bizim-ede-bileceyimiz-hec-ne-yoxdur
Oxunma sayı: 1287

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bugünkü iclasda hərbi hissələrdə keçirilən səsvermə zamanı pozuntuların olması ilə bağlı iddialara münasibət bildirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, M.Pənahov bildirib ki, hərbi hissələrdəki məntəqələrdə səsvermə prosesi digər seçki məntəqələrindən fərqlənmir:

"Bu məsələlərdə dünyanın heç yerində Azərbaycandakı qədər açıqlıq yoxdur. Seçki Məcəlləsində məntəqələrlə bağlı ayrı-seçkilik nəzərdə tutulmayıb. Azərbaycanda hərbi hissələrdə seçkilər tam şəffaf keçirilir. Seçki günü hərbi hissələrdə yaradılan məntəqələrdə baş tutan səsvermə ilə bağlı müxtəlif şikayətçilər öz narahatlığını ifadə edir. Amma burada bizim edə biləcəyimiz heç nə yoxdur”.