“Bizim “Eurovision” gözəllərimiz”

bizim-eurovision-gozellerimiz
Oxunma sayı: 3793

Azərbaycanı “Eurovision- 2009”da təmsil edən Aysel  Adıgözəlzadə (Teymurzadə) Bakıda keçirilən klassik avtomobillərin yürüşü və sərgisində iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, son zamanlar tez-tez tədbirlərə qatılan, sosial şəbəkədə, xüsusi ilə instaqramda aktiv olan Ayselin son görüntüsünü əməkdar artist Səbinə Babayeva paylaşıb.  

O, Aysel və Nigar Camalla şəkil çəkdirərək instaqram səhifəsində yayımlayıb.  Səbinə həmin fotoya “Bizim “Eurovision” gözəllərimiz”- şərhini yazıb. 

Qeyd edək ki, Aysel xalq artisti Murad Adıgözəlzadə ilə ailə qurduqdan sonra şou-bizneslə vidalaşıb.