“Bizim heç kimin torpağında, suverenliyində gözümüz yoxdur”

bizim-hec-kimin-torpaginda-suverenliyinde-gozumuz-yoxdur
Oxunma sayı: 1302

“Bizim kiminsə torpağında, suverenliyində gözümüz olmadığı kimi, bədxah niyyətlilərə verəcək bir qarış torpağımız da yoxdur və olmayacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST- Azərbaycan” festivalında çıxışı zamanı deyib.

 "Türkiyə-Azərbaycan- ikitərəfli əlaqələrimizi təkcə regiona deyil, bütün dünyaya nümunə olacaq səviyyəyə çatdırdıq. Biz regional sülh və sabitlik adına əziz qardaşım Əliyevin Ermənistanla qurmaq istədiyi daimi sülhü güclü şəkildə dəstəkləyirik” ,- deyə Türkiyə Prezidenti əlavə edib.